19 noyabr 2024 12:12
143

Burundi rəsmisi: Bakı Harmoniya İqlim Təşəbbüsü uğurlu olacaq

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı sektorunun bütün tərəflərini bir araya gətirir və uğurlu olacaq.

“İki sahil” xəbər verir ki, bunu Burundinin ətraf mühit, kənd təsərrüfatı və heyvandarlıq naziri Prosper Dodiko COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Təşəbbüs yaxşı təcrübələri tətbiq etməyə imkan verəcək.

Dünyada kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması tədbirləri ilə fermerlərin dolanışıqlarını təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik. Ümid edirəm ki, kənd təsərrüfatı sistemlərinin transformasiyasında və icmaların möhkəmliyində uğur qazanacağıq. Burundi əməkdaşlığı, sinerjini, harmonizasiyanı dəstəkləyir və bu, çox vacib yanaşmadır", - deyə o qeyd edib.