19 noyabr 2024 09:09
147

Barbara Botos: “Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik

“Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik. “Yaşıl enerji” bəşəriyyətin gələcəyidir. Planetin 50 faizini qadınlar təşkil edir və buna görə də zərif cinsin nümayəndələri bəşəriyyətin gələcəyində mühüm töhfələr vermək üçün enerji sektorunda yüksək vəzifələri tutmalıdırlar”.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos jurnalistlərə müsahibəsində deyib.

O, COP29 Sədrliyinin işini, irəli sürülən 14 təşəbbüsü yüksək qiymətləndirib. “Xüsusilə enerji keçidi, “yaşıl inkişaf” və suya aid təşəbbüsləri qeyd etmək istərdim. Biz bir-birimizdən iqlim dəyişmələrinə uyğunlaşma yollarını öyrənməliyik. COP 29 Sədrliyini tərəfdaşları, maraqlı tərəfləri, şirkətləri bir araya gətirdiyinə görə alqışlayıram”, - deyə Barbara Botos bildirib.