18 noyabr 2024 19:15
189

Hündürlükdən yıxılan fəhlə ölüb

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.

1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.