18 noyabr 2024 12:32
176

Ermənistanın militarizasiya siyasəti Azərbaycanın müdafiə xərclərinin artırılmasını labüd edib

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsi, Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə qarşı cavab tədbirlərinin görülməsi ölkəmizin müdafiə və milli təhlükəsiz xərclərinin artırılmasını labüd edib.

“İki sahil” xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müdafiə və milli təhlükəsiz xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərinin 20,3 faizi həcmində və yaxud 8,396 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizlik xərcləri cari ilin proqnozu ilə müqayisədə 1,270 milyon manat (17,8 faiz), 2023-cü ilin icrası ilə müqayisədə isə 2,542 milyon manat (43,4 faiz) daha çoxdur.