17 noyabr 2024 18:12
188

İsrailin hücumu nəticəsində Hizbullahın sözçüsü ölüb

İsrailin Livanın paytaxtı Beyrutun mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində Hizbullahın sözçüsü Məhəmməd Afif öldürülüb.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, İsrail ordusu Beyrutun mərkəzində Ras an-Naba rayonunda binaya hava hücumu həyata keçirib.

Livanın Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, hücumda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Baas Partiyasının baş katibi Əli Hicazi Hizbullaha yaxın “Əl Mayadeen” televiziyasına verdiyi açıqlamada Hizbullah sözçüsü Afifinin hücumda öldüyünü iddia edib.

Hələlik Hizbullahdan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”