17 noyabr 2024 16:55
167

Papa Fransisk: Qəzzada soyqırımı olub-olmadığı araşdırılmalıdır

Qəzzada baş verənlərin soyqırımı olub-olmadığı araşdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Vatikanda qeyd olunacaq Müqəddəs Yubiley İli çərçivəsində yazdığı kitabda yer alıb.

“Bəzi ekspertlərin fikrincə, Qəzzada baş verənlər soyqırımı xüsusiyyətlərinə malikdir. Bunun ekspertlər və beynəlxalq təşkilatların müəyyən etdiyi texniki tərifə uyğun olub-olmadığı diqqətlə araşdırılmalıdır”, - deyə pontifik qeyd edib.