Şirin Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş yaradan aparıcı qadın alimlər, mütəxəssislər və müvafiq sahələr üzrə ekspertlərdən ibarət qadın iqlim liderlərini bir araya gəliblər.
Panel sessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşı və baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi (2016-2022) Patrisia Espinoza və “Unison Group”un təsisçisi və prezidenti Nurzat Abdirasulova iştirak ediblər.
Tədbirdə qadın liderlər öz ilhamverici işləri və innovativ həllərini, eyni zamanda gender bərabərliyinin iqlim dayanıqlılığı ilə necə əlaqəli olduğu barədə öz fikirlərini bölüşüblər.
Panel sessiyasında iqlim sahəsində qadınların qarşılaşdığı özünəməxsus çətinliklər və imkanlar müzakirə olunub, həmçinin onların dayanıqlı gələcəyin qurulmasında oynadıqları həyati rol vurğulanıb.
Orxan Vahidoğlu, “İki sahil”