Və ya...
Bütün peşələrə ehtiyac var. Bütün peşələr vacibdir. Hətta ən qəribələri də. Siz prestijli universitetlərin broşüralarında bu ixtisasları heç vaxt görməmisiniz Halbuki onların nümayəndələri də cəmiyyət üçün lazımdır. Xüsusilə nadirliyinə görə axtarılırlar.
Peşənizi kökündən dəyişdirmək üçün güclü bir istək hiss edirsinizsə və ekzotik və fərqli bir iş axtarırsınızsa, bu siyahıya daha yaxından baxın.
Zar müfəttişi
Kazinolar oyunçulara qalib gəlmək şansını verməmək üçün hər şeyə əl atır. Hətta Las-Veqasda belə qumarı sərt qaydalarla oynayırlar. Məsələn, zar mükəmməl vəziyyətdə olmalıdır: hamar kənarlar, düzgün çəki, balans. Bu və digər parametrlər mütəmadi olaraq peşəkar müfəttişlər tərəfindən yoxlanılır. Bu peşənin sahibləri kazinoda həqiqətən vicdanla qazananlar sayıla bilərlər.
Cücə cinsiyyəti müəyyən edən
Tapşırıq göründüyü qədər sadə deyil. Toyuqun taleyi onun düzgün icrasından asılıdır.
Dezodorantın effektivliyini yoxlayan
Bu peşə əslində göründüyündən də maraqlıdır. Onun nümayəndələri sınaqdan keçirilən dezodorantdan özləri istifadə etməyə məcbur deyillər. Onların əsas vəzifəsi "sınaq subyektlərinin" qoltuqlarını iyləmək və məhsulun tər qoxusu ilə mübarizədə nə qədər təsirli olduğunu müəyyən etməkdir. Hər mənada, bu iş hər kəsə nəsib olmur.
Qolf topu dalğıcı
Bu centlmen oyunlarının keçirildiyi yerlər çox vaxt çayların, göllərin və digər gözəlliklərin yaxınlığında yerləşir. Təcrübəsiz oyunçular isə ora top vurmağı sevirlər. Elit qolf klubları ildə təxminən 100 min dollar maaş alan xüsusi təlim keçmiş dalğıc alır. Ancaq bu iş qorxaqlar üçün deyil: indiyədək ən azı iki qolf dalğıcının vəzifə yerinə yetirərkən ölməsi faktı qeydə alınıb.
İlan sağan
Xeyr, ilanlar süd vermir. Ancaq bir çox növləri zəhərlidir və insanları dişləməkdən çəkinmir. Bu vəziyyətdən xilas olmaq üçün eyni zəhərə əsaslanan bir antidot serumu lazımdır. Sürünənlərin dişlərinin arxasındakı kisələrdən mayeni yalnız peşəkar çıxara bilər: o, özünə və sürünənlərə zərər vermədən heyvanı sözün əsl mənasında xüsusi qaba zəhər tüpürməyə məcbur edə bilir.
Peçenye ilə tale oxuyanlar
Məşhur “Fortune Cookie”ləri sevən insanlar üçün onlar bəxt peçenyesidir. “Fortune” peçenyesi ilə fala baxdırmaq xüsusi dəb halını alıb. Nə qədər ki, insanlar şirniyyat yeyib, romantik cəfəngiyyatlara inanırlar, jurnalistika məzunlarının hər zaman bir işi olacaq.
Qurd yığan
Balıq tutmağı sevən, lakin əlini çirkləndirməyi sevməyənlər üçün əvəzolunmaz köməkçilər də var.
İt yeməklərinin dequstatoru
Dördayaqlı heyvanlar üçün kulinariya üstünlüklərini ifadə etmək o qədər də asan deyil. Beləliklə, bu peşənin nümayəndələri "it yeməyinin dadına itlərdən əvvəl baxmalı olurlar.
Su sürüşməsini sınaq edənlər
Su parkında sürüşkənləri insanların ixtiyarına verməzdən əvvəl xüsusi ayrılmış işçilər sürüşərək test edirlər. Sürüşkəndən sürüşərək pul qazanmaq “arzuların işi” deyilmi?
Saqqız dequstatoru
Bu ixtisasın nümayəndələri saqqız çeynədiklərinə görə pul alırlar.
Feysfiler
Bu peşənin sahibləri yad insanların üzünə toxunmaq üçün pul alırlar. Belə ki, yeni kremi sınaqdan keçirənlərin üzünə toxunaraq əla toxunma hissi olan mütəxəssislər müəyyən bir kosmetik məhsulun dərini nə qədər yumşaltdığını öyrənirlər.
Maneken adam
Bəzi mağazalar paltarları pəncərədə nümayiş etdirmək üçün insanları işə götürməyi seçirlər. Həqiqətən, plastik manikenlər maaş tələb etməsə də, bir çox alıcılar plastik manekenlərin nisbətlərini reallıqdan uzaq görürlər.
Heyvan detektivi
“Ace Ventura” uydurma bir insan olsa da, bu çılğın Cim Kerri personajının peşəsi çox realdır. Bir çox insan itmiş ev heyvanını tapan kəslərə yaxşı məbləğdə mükafat verməyə hazırdır. Təəccüblü deyil ki, bəzi "əsl" detektivlər dördayaqlı heyvanların axtarışı ilə bağlı şəxsi təcrübəyə malikdirlər və bu işi peşə seçərək yaxşıca qazanırlar.
Dinozavr təmizləyicisi
30 ildən artıqdır ki, Vaşinqtondakı Təbiət Tarixi Muzeyinin əməkdaşı Frank Breysted bu işdə işləyir. O, həftədə beş gün, gündə iki dəfə dinozavr skeletini tozdan təmizləmək üçün xüsusi fırça və tozsorandan istifadə edir. 145 milyon yaşlı nəhəng kərtənkələ Frenklə görüşməzdən əvvəl özünü heç vaxt bu qədər təmiz hiss etməmişdi.
Nubar Süleymanova, “İki sahil”