15 noyabr 2024 00:14
105

Artıq çəki ağciyərləri məhv edir?

Artıq çəki bir çox sağlamlıq problemləri yaradır. Bu, təkcə ürək-damar sisteminə və dayaq-hərəkət sisteminə mənfi təsir göstərmir, həm də ağciyərlərimizi məhv edir. Rusiyalı həkim Aleksandr Myasnikov bunu “Rossiya” telekanalında “Ən vacibi haqqında” verilişində xatırladıb.

Həkim əlavə kiloların "ağciyərlər üçün korset" adlandırıb və izah edib ki, artıq çəkili insanlar adətən, oturaq həyat tərzi keçirirlər, buna görə də onlarda qan laxtalanması ehtimalı daha yüksəkdir. Böyük bir damarın tromboemboliyasını izləmək mümkün olsa da, kiçik damarların tıxanması çox vaxt diqqətdən kənarda qalır.

“Əgər kiçik damarlar tıxanarsa, o zaman insan heç nə hiss etmir. Bəzən elə bir hal görmüşəm ki, orta yaşlı adamın xırda damarlarında tromboemboliya var”, - deyə mütəxəssis izah edib.

Nubar Süleymanova, “İki sahil”