İqlim fəaliyyəti və ambisiyaların qəbulunun vaxtıdır.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən BMT-nin Baş katibi Antonio Quterreş "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İndi iqlim fəaliyyəti və ambisiyaların vaxtıdır. İqlim təsirlərinə uyğunlaşmada, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında, iqlim maliyyəsində, iqlim ədalətində ambisiyaların zamanıdır", - paylaşımda bildirilib.