13 noyabr 2024 21:52
199

Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur

“Ukrayna hazırda Rusiya ilə cəbhədə məğlub olur”.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşavada keçirdiyi mətbuat konfransında deyib.

“İndi bütün qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə biz Ukraynaya hərbi yardım axının davam etdiyinə əmin olmalıyıq. Onda biz Kiyevi ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və sonra ərazisini bərpa etmək mövqeyinə keçirə bilərik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, NATO-nun Kiyevə hərbi dəstəyi son dərəcə vacib olaraq qalır. Rütte həmçinin Polşa hakimiyyəti ilə alyansın müdafiəsini gücləndirməyi müzakirə etdiyini bildirib.