13 noyabr 2024 21:05
196

ABŞ hökumət rəsmisi İsrailin İrana hücum planlarını sızdırmaqda günahlandırılır

Amerikalı dövlət məmuru Asif Vilyam Rəhman İsrailin İrana hücum planları ilə bağlı məxfi məlumatları sızdırmaqda ittiham olunur.

“İki sahil”in məlumatına görə, o, Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Kambocada saxlanılıb.

Bu həftə Kambocada FTB tərəfindən saxlanılan Rəhman məhkəmə qarşısına çıxarılıb.

ABŞ mətbuatının yazdığına görə, bu məxfi məlumatın “Telegram” tətbiqində bir kanalda paylaşıldıqdan sonra sızdığı məlum olub.

Bu arada, Virciniya məhkəməsinin ötən həftə Rəhmana qarşı milli müdafiə məlumatlarını qəsdən sızdırdığına görə, istintaq başlatdığı bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”