13 noyabr 2024 17:30
354

Rusiyanın mədəniyyət naziri Bakıdakı Rus evində olub

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun fəaliyyəti çərçivəsində Bakıdakı Rus evində Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə Rus İcmasının nümayəndələri arasında görüş keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, Olqa Lyubimova Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin MDB ölkələrində rus mədəniyyətinə və dilinə dəstək planlarından danışıb. O, Rusiyanın mədəni irsinin inkişafına töhfə verən rəqəmsal platformaların əhəmiyyətini qeyd edib və ölkələr arasında mədəni qarşılıqlı əlaqənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə iştirak edənlər Rusiyanın mədəniyyət nazirinə onları maraqlandıran suallar ünvanlayıblar.

AZƏRTAC