12 noyabr 2024 23:35
209

İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb

İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin "Maariv" qəzeti ordudakı mənbələrə istinadən məlumat yayıb.

“Livanın cənubunda quru əməliyyatının ikinci mərhələsi başlayıb, əməliyyatın məqsədi “Hizbullah”ın raket silahlarını məhv etmək, həmçinin terror təşkilatına əlavə təzyiq göstərməkdir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri təkcə Livanın cənubunda deyil, Beyrut və Bekaa vadisində də əməliyyat aparır, hərəkatın silah anbarlarını məhv edir.

Ümumilikdə, son bir ay ərzində “Hizbullah”ın İsrail ərazisinə 90-a yaxın PUA buraxdığı və onların əksəriyyətinin ələ keçirildiyi vurğulanır.

Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.