12 noyabr 2024 02:29
221

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Azərbaycana səfərə gəlib

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Emi Poup noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.