11 noyabr 2024 20:07
208

Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişikliklərinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olundu.