Meksikanın cənubundakı Mitla şəhərində arxeoloqlar hindular üçün ölülər dünyasına qapı rolunu oynayan tunellər şəbəkəsi aşkarlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə lenta.ru yazır.
"Tunellərin uzunluğu barədə fikir söyləmək hələ tezdir. Ola bilsin ki, şəbəkə çox səviyyəli olub", - arxeoloq Marko Viqato jurnalistlərə bildirib.
2023-cü ildə Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun əməkdaşlarının San Pablo Apostol Katolik Kilsəsinin ərazisində işləməyə başladığı bildirilir. Onun bünövrəsi altındakı torpağın tədqiqi geoloqları çaş-baş salıb.
Qazıntılar nəticəsində arxeoloqlar binadan kənarda uzanan tunellər şəbəkəsini aşkarlayıblar. Bəzi yerlərdə tunellərin dərinliyi 30 metrə çatıb.