10 noyabr 2024 10:29
220

Gəncədə Atatürkün xatirəsi anılıb

Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkənin qurusucu və ictimai-siyasi xadimi Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  "Nuri Paşa" zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər. Əvvəlcə Mustafa Kamal Atatürkün, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Atatürklə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.