09 noyabr 2024 23:09
333

Dünyanın ən gözəl qızı seçildi

Filippində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan "Miss Earth" iştirakçılarının mükafatlandırma mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, yarışda 76 ölkədən qızlar iştirak ediblər.

Finalda, ənənəyə görə, yer, od, su, torpaq nominasiyaları üzrə dörd qalib seçilir. Ən şərəfli titul - "Miss Earth" sayılır.

İslandiyadan Hrafnhildur Haraldsdottir və amerikalı Bea Millan-Vindorski əvvəldən müsabiqənin favoriti hesab olunurdular. Proqnozlar özünü doğruldub: ABŞ nümayəndəsi "Miss Water" titulunu alıb, islandiyalı isə "Miss Air" olub. "Miss Fire" tituluna Perudan olan Niva Antezana layiq görülüb. Müsabiqənin ümumi qalibi və "Miss Earth" titulunun sahibi isə avstraliyalı 21 yaşlı Cessika Leyn seçilib.