09 noyabr 2024 21:38
234

Çili ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilib

Noyabrın 9-da Azərbaycan ilə Çili arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir təşkil edilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin 1994-cü il noyabrın 3-də qurulduğunu xatırladıb. Bildirib ki, bu ay Çilinin Bakıda konsulluq şöbəsi açılacaq.

O əlavə edib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb. "Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik",- Ciankarlo Alberti söyləyib.

Daha sonra Çiliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir ziyafətlə yekunlaşıb.