09 noyabr 2024 18:21
200

Rusiyadakı səfirimiz diaspor nümayəndələri ilə görüşüb

Noyabrın 9-da Azərbaycanın Moskvakı səfirliyində səfir Rəhman Mustafayev Rusiya azərbaycanlılarının 30-dan çox regional təşkilatının rəhbərləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüş zamanı Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı aktual problemlər müzakirə edilib. Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə Azərbaycan – Rusiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi prosesində Azərbaycan icmasının rolunun artırılmasının vacibliyini vurğulayıblar.