09 noyabr 2024 12:08
271

Xalq artisti Tünzalə Ağayeva Zəfər günündə bir neçə konsertdə çıxış edib

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın məşhur incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib.

“İki sahil” xəbər verir ki, gecədə çıxış edənlər sırasında Xalq artisti Tünzalə Ağayeva da yer alıb. Pop ulduz konsert proqramında vətənpərvər ruhda olan “Gözün aydın olsun, Qarabağ” əsərini səsləndirib. Hər səhnəsinə xüsusi hazırlaşan sənətçinin bu konsert üçün seçdiyi kombin böyük marağa səbəb olub. Estrada ulduzu ən sonuncu fotosessiyasında istifadə etdiyi qəzətdən plaş geyinib.

Paytaxt sakinləri sevimli müğənnini böyük izdiham və coşqu ilə qarşılanılıb.

Estrada ulduzu bayram günündə həmçinin Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Dram teatrının açıq hava konsertində səhnə alıb. O, proqramda ən sevilən nəğmələrini ifa edib və bütün Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edib. Pərəstişkarları da müğənni ilə xatirə fotoları çəkdirib. 

Konsert proqramı anşlaqla keçib.