08 noyabr 2024 11:35
167

Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qardaş Azərbaycan xalqını 8 Noyabr - Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram", - diplomat qeyd edib.