Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuralıyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və hökumətini 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik”, - K.Ömüralıyev bildirib.