08 noyabr 2024 00:21
363

Həmişə cavan qalmaq üçün nə etməli?

"Rossiya" kanalında "Ən vacibi haqqında" tok-şousunda kardioloq Yuri Belenkov gənc olmaq üçün vacib məsləhətlər verib.

Həkim qeyd edib ki, insanın təqvim üzrə olan yaşı ilə bioloji yaşı çox vaxt üst-üstə düşmür. Bəzi insanlar 80-də aktivdir, bəziləri isə 50-də artıq xəstədir. Bu, ən çox qan damarlarının vəziyyətindən asılıdır.

Aşağı aktivlik, artıq çəki, yüksək qan təzyiqi, yüksək şəkər və xolesterin səviyyələri, pis vərdişlər damar elastikliyinin azalmasının səbəbləridir ki, bu da “dağıdıcı” nəticələrə səbəb ola bilər.

Damarlara sistemli şəkildə təsir etmək lazımdır. Buna sağlam qidalanma, idman və siqareti tərgitmə kömək edəcək. Ən əsası, xolesterol, qlükoza və qan təzyiqinə nəzarət etmək lazımdır.

“35 yaşdan yuxarı hər bir kişi, 50-52 yaşdan yuxarı hər bir qadın bunu bilməlidir, əgər bunu etsəniz, sizin bioloji yaşınız həmişə təqvim yaşınızdan az olacaq, çünki sizin sağlam, elastik qan damarlarınız olacaq”. həkim deyib.

Nubar Süleymanova, “İki sahil”