ABŞ ordusunun keçmiş polkovniki Karl Nell bildirib ki, o, yerdənkənar həyat formaları ilə insanların təmaslarının mövcudluğuna dair “şəxsi biliyə” malikdir. Bu barədə “Daily Star” məlumat yayıb. Nell bu haqda Yeni Paradiqma İnstitutunun konfransında bildirib.
Daha əvvəl ABŞ Dəniz Kəşfiyyatı İdarəsinin himayəsi altında Naməlum Hava Hadisələri İşçi Qrupunu (UAPTF) dəstəkləmiş Karl Nell yerüstü kəşfiyyatın bəşəriyyətə təsiri haqqında "birinci əldən məlumata" sahib olduğunu söyləyib.
"Qeyri-insani intellekt bu planetdə mövcuddur və insanlarla qarşılıqlı əlaqədədir. Bu qarşılıqlı əlaqə uzun müddətdir ki, davam edir - buna heç bir şübhə yoxdur. Bu, mütləq həqiqətdir", - Nell vurğulayıb.
Təqaüddə olan polkovnik bu qarşılıqlı əlaqənin tam olaraq nə olduğunu açıqlamayıb. Lakin qeyd edib ki, onun fikrincə, kainatda digər həyatın mövcud olması ehtimalı olduqca yüksəkdir. O, günəşə bənzər 20 milyard ulduzun varlığına işarə edərək, "onların bəzilərinin daha qədim olduğunu" ifadə edərək, sivilizasiyaların yaranması və inkişafı üçün kifayət qədər vaxt olduğunu qeyd edib.
Nubar Süleymanova, “İki sahil”