07 noyabr 2024 11:37
177

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə tariximizin ən parlaq səhifəsidir - Əli Əhmədov

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə ölkəmizin tarixinin ən parlaq səhifəsini təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Fürsətdən istifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük hörmət və ehtiramla yad edir, İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin baş memarı Prezident İlham Əliyevi, şanlı ordumuzu təbrik edirəm.

İkinci Qarabağ müharibəsində qazandığımız qələbə regional və beynəlxalq əhəmiyyət daşıyır. Bu qələbə regiona sülh və əmin-amanlıq gətirib. Azərbaycanın qələbəsinin böyük mənası var. Dünya müharibəsiz yaşamağı öyrənə bilməyib. Azərbaycan qazandığı möhtəşəm qələbəsi ilə haqsızlığa qarşı uğurlu mübarizənin yolunu göstərdi. Həmçinin, qazandığımız qələbə yaxın zamanda müharibə şəraitində yaşayan ölkələr arasında yeni münasibətlər sisteminin qurulmasının mümkünlüyünü sübut etdi”, - o əlavə edib.