07 noyabr 2024 00:28
201

Rusiyada uşaqlarda ölümcül virus yayıldı

Moskvada "Coxsackie" virusuna yoluxma halları müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Rusiya Federasiyasının doqquz bölgəsində uşaqlarda "Coxsackie" virusuna yoluxma şübhələri artıb. 

Moskvanın baş uşaq infeksionisti Lyudmila Mazankovanın sözlərinə görə, şəhər müxtəlif virus infeksiyalarına yoluxma hallarına davamlı olaraq nəzarət edir. O, "Coxsackie" virusunun mütəxəssislər üçün yeni bir şey olmadığını vurğulayıb.

Kokisaki virusu öskürək, qızdırma, boğaz ağrısı, səpgi ilə müşayiət olunur. Çox vaxt xəstəlik kurort ölkələrində tətil edən ruslarda qeydə alınır. Qurum bu simptomları görən turistlərə xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, "Coxsackie" virusuna yoluxma çirkli əllər və yuyulmamış meyvələr vasitəsilə yayılır.