İnstaqram azyaşlı istifadəçilərin girişini məhdudlaşdırmaq üçün yenilik edib.
“İki sahil” xəbər verir ki, "Meta" yaşı 16-dan az olan istifadəçilərin yaşlarını yanlış göstərmələrinin qarşısını almaq üçün "Adult Classifier" adlı süni intellekt əsasında işləyən funksiya üzərində çalışır.
Bu alət istifadəçilərin izlədiyi hesablar, əlaqəli olduğu məzmun və şübhəli davranışları təhlil edərək yaşlarının 18-dən az olduğunu müəyyənləşdirə biləcək.
Əgər istifadəçi yaşı barədə saxtakarlıq edərsə, yaşını sübut etmək üçün biometrik analiz və ya rəsmi şəxsiyyət vəsiqəsi təqdim etməsi tələb oluna bilər
Məlumatda qeyd olunur ki, bu, "Meta"nın Instagram kimi platformalarda təhlükəsizliyi artırmağa yönəlmiş addımıdır və uşaqların böyüklər üçün nəzərdə tutulmuş məzmunlara daxil olmasının qarşısını almaq üçündür.