07 noyabr 2024 00:12
293

“Ceylonq” virusu insanlara yoluxa bilərmi?

ABŞ alimləri ölkədə xəstəliklərə səbəb olan və insanlar üçün təhlükə yarada bilən yeni ekzotik “Ceylong” virusu aşkar ediblər.

"Patogens" elmi jurnalında dərc olunan araşdırmaya görə, Florida Universitetinin tədqiqatçıları bu ölkədə yayılmış vəhşi gəmirici olan pambıq dağsiçanı populyasiyasında qeyri-adi “Ceylong” virusu aşkar ediblər. Bu patogen insanlarda ciddi xəstəliklərə səbəb ola bilər.

Alimlərin fikrincə, onlara bu kəşfdə ev pişiyi Pepper kömək edib, o, küçədə dağsiçanı tutaraq onu sahibi Florida Universitetinin virusoloqu doktor Con Ledniçkiyə gətirib. Ledniçki gəmirici cəsədində maral çiçəyi virusunun olub-olmadığını universitet laboratoriyasında yoxlamaq qərarına gəlib.

Nəticədə alimlər maral xəstəliyinin törədicisi əvəzinə əvvəllər Afrika, Asiya, Avropa və Cənubi Amerikada yayılan “Ceylong” virusunu aşkar ediblər. Bu virus məməliləri, sürünənləri, quşları, balıqları və insanları yoluxduran patogenlər ailəsinə aiddir və insanlarda ağır xəstəliklərə səbəb ola bilər.

Maraqlıdır ki, yoluxmuş dağsiçanını tutan pişik Pepper tamamilə sağlam olub. Pişiklərin təkamülü gəmiricilər tərəfindən daşınan viruslara qarşı müdafiəni inkişaf etdirib.

Nubar Süleymanova, “İki sahil”