06 noyabr 2024 11:47
157

Türkiyə XİN başçısı: Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər

Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Yeni Şafak” qəzetinə müsahibəsində deyib.

Nazir söyləyib ki, seçkilərdən sonra ABŞ bu məsələni gündəmə gətirə bilər: “ABŞ İranın təsir dairəsində olan ərazidə hərbi varlıq saxlamaq istəmir. Amerikalılar 2025-ci ildə İraqın Mərkəzi İraq Administrasiyasını və 2026-cı ildə Kürdüstan bölgəsini tərk etməyi müzakirə edirlər. İndi İŞİD-lə mübarizə üçün beynəlxalq koalisiyanın mövcudluğunun müzakirə edildiyi dövrdür”.

O, həmçinin Ankara – Vaşinqton münasibətlərinin perspektivi barədə də danışıb: “Bütün dünya ABŞ-də keçirilən seçkilərin nəticələri ilə maraqlanır. Nəticələrin Türkiyənin xarici siyasətində ciddi dəyişikliyə səbəb olacağını düşünmürəm. Kimin seçilməsindən asılı olmayaraq, biz işimizi eyni şəkildə davam etdirəcəyik”.