06 noyabr 2024 08:32
160

Valensiyada daşqınlar nəticəsində 89 nəfər itkin düşmüş ola bilər

İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən daşqınlar nəticəsində ən azı 89 nəfər itkin düşmüş ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə bölgənin Ali Məhkəməsi sosial şəbəkədə məlumat yayıb.

“Məhkəmə-tibb ekspertləri və təhlükəsizlik işçiləri 89 nəfərin itkin düşmüş hesab edir”,- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İspaniyanın Dövlət Meteorologiya İdarəsi oktyabrın 29-da ölkənin müxtəlif bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Güclü yağışlar nəticəsində meydana gələn daşqınlar Valensiya Muxtar İcmasına ciddi ziyan vurub. Hazırda bölgədə 217 ölüm halı məlumdur. İtkin düşənlərin axtarışı davam edir.