05 noyabr 2024 16:26
166

Yeni Zelandiyanın səfiri Kremlə ənənəvi Maori geyimində gedib

Yeni Zelandiyanın səfiri Mark Julian Traynor etimadnaməsini təqdim etmək üçün Kremlə ənənəvi Maori geyimində gedib.

“İki sahil” xəbər verir ki, müvafiq videonu Kremlin mətbuat xidməti yayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva bütün ölkələrlə bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

Noyabrın 5-də Putin Kremldə xarici dövlətlərin yeni gəlmiş 28 səfirinin etimadnaməsini qəbul edib.