05 noyabr 2024 09:05
156

İmişlidə 36 yaşlı qadını maşın vurub

İmişli rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 1988-ci il təvəllüdlü Nəsibova Ramidə Eldar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona döş fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.