İspaniyada müxalifət fəlakətdən zərər çəkənlərə təcili yardım paketini təsdiqləmək üçün sosialist Pedro Sançesin hökumətini dəstəkləməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya müxalifətinin lideri və mühafizəkar Xalq Partiyasının sədri Alberto Nunyes Feyxoo bildirib.
Qeyd olunur ki, Feyxoo 200-dən çox insanın ölümü ilə nəticələnən yağış və daşqınlar ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edilməsini tələb edib.
Müxalifət lideri bildirib ki, mühafizəkarlar milli səviyyədə fövqəladə vəziyyətin elan olunmasını tələb edirlər. Onun sözlərinə görə, müxalifət sosialist Pedro Sançes hökumətinə təbii fəlakətdən zərər çəkənlərə təcili yardım paketini təsdiqləmək, eləcə də Avropa institutlarından kömək istəmək üçün dəstəkləməyə hazırdır.