NATO-ya üzv ölkələr öz ərazilərindən minlərlə mil məsafədə - Asiya-Sakit okean regionunda “müdafiə döyüşləri” aparmaq niyyətindədirlər.
“İki sahil” RT-yə istinalda xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcəyin Yaradılması” Beynəlxalq Elmi Fantastika Simpoziumunda səsləndirib.
Onun fikrincə, Avropada Rusiyaya qarşı başlatdıqları müharibə Qərb ölkələri üçün kifayət etmədi.
Lavrov qeyd edib ki, iyulda Vaşinqtonda keçirilən sammitdə NATO ölkələrinin liderləri alyansın təkcə Avro-Atlantik regionda deyil, həm də Asiya-Sakit okean regionunda aparıcı roluna dair iddialarını təsdiqləyiblər: “Əgər NATO bəyannaməsini oxusanız, məlum olur ki, bu “müdafiə” alyansı üzvlərinin ərazisini qorumaq üçün həm Cənubi Çin dənizində, həm də Tayvan boğazında bu “müdafiə” döyüşlərini aparmaq niyyətindədirlər.”