Avstraliya Müdafiə Nazirliyi Amerikanın Lockheed Martin şirkətindən peyk rabitəsi sistemlərini almaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya hərbi departamentinin saytında məlumat verilib.
“Müdafiə Nazirliyi Avstraliyanın Lockheed Martin şirkətindən vahid peyk rabitəsi sisteminin alınması ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Bu sistemin strateji prioritetlərə uyğun gəlməyəcəyi qeyd olunur.
Bundan əvvəl ABŞ-ın Avstraliya, Braziliya, Yunanıstan, Tailand və İsveçə vertolyotlar tədarük etməyi planlaşdırdığı bildirilirdi.