04 noyabr 2024 12:12
143

Gürcüstan doqquz ayda Rusiyadan rekord həddə pivə alıb

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın Rusiya pivəsinin idxalı illik ifadədə 26% artaraq 1,7 milyon dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu haqda RİA Novosti Gürcüstanın statistika xidmətinə istinadla məlumat yayıb. Nəticə statistik məlumatların dərc olunduğu bütün dövr ərzində - 2009-cu ildən bəri ən yüksək göstərici olub.

Konkret olaraq, sentyabr ayında Tbilisi Moskvadan pivə alışını 143 min dollara endirib, bu, avqust ayı ilə müqayisədə 1,9 dəfə, 2023-cü ilin sentyabrından isə 1,6 dəfə azdır.

Doqquz ay ərzində Gürcüstandan bu içkinin idxalının ümumi həcmi 13,6 milyon dollara çatıb və Rusiya tədarükdə ikinci yeri tutub. İlk beşliyə həmçinin Türkiyə (1,5 milyon dollar), Çexiya (1,1 milyon dollar) və Meksika (845,7 min dollar) daxil olub.