Qərb dolları cəza alətinə çevirib.
“İki sahil” RT-yə istinalda xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcəyin yaradılması” beynəlxalq simpoziumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, dollar geosiyasi rəqiblərin sıxışdırılması və cəzalandırılması silahına çevrilib: “Beləliklə, onlar mahiyyət etibarı ilə dollara dünya ehtiyat valyutası və beynəlxalq ödənişlər vasitəsi kimi hökm yazıblar.”