ABŞ hakimiyyəti Avropanı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya daxil olmaq kimi intihar macərasına hazırlayır.
“İki sahil” RT-yə istinalda xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcəyin yaradılması” beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.
XİN rəhbərinin sözlərinə görə, belə bir ssenari Zelenski rejiminin iflasa uğrayacağı halda ehtiyat kimi qəbul edilir: “Onlar kontinental Avropanı intihar macərasına tələsməyə və Rusiya ilə birbaşa silahlı münaqişəyə girməyə hazırlayırlar”.