İndoneziyanın Surabaya şəhərində Rusiya və İndoneziya Hərbi Dəniz Qüvvələrinin “Orruda 2024” adlı ilk birgə təlimi başlayıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, təlim noyabrın 8-dək davam edəcək.
Təlim iki mərhələdən ibarətdir. Birincisi Surabaya limanında, ikincisi Yava dənizində olacaq. Noyabrın 3-də Rusiya Sakit Okean Donanmasının gəmilər dəstəsi Surabayadakı Tanjung Perak limanına daxil olub.