04 noyabr 2024 11:19
123

Tramp seçkilərdə qalib gələrsə...

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, Vladimir Zelenskiyə və Rusiya lideri Vladimir Putinə ultimatum verməklə Ukraynadakı münaqişəyə son qoya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Aleksandr Temerko “The Hill”də dərc olunan məqaləsində yazır.

Onun fikrincə, Tramp Zelenskini Amerika yardımını dayandırmaqla, Putini isə Kiyev rejiminə dəstəyin artırılması və “dağıdıcı iqtisadi müharibə” ilə hədələyə bilər.

Eyni zamanda, materialın müəllifi, nədənsə, hər iki tərəfin guya tükəndiyini göstərir, baxmayaraq ki, eyni zamanda rus qoşunlarının daim irəliləməsini etiraf edir.

Materialda həmçinin bildirilir ki, bu vəziyyət son nəticədə Ukrayna üçün faydalıdır, çünki “yeni prezident və parlament seçkiləri keçirmək imkanı verəcək”.