İndoneziyada noyabrın 4-nə keçən gecə Levotobi Laki Laki vulkanı püskürüb.
“İki sahil” xəbər verir ki, AFP yerli hakimiyyət orqanlarına istinadla on nəfərin öldüyünü məlumat verib.
Vulkan Flores adasında yerləşir. Yaxınlıqda yerləşən yaşayış məntəqələrində bir neçə yanğın hadisəsi baş verib. Agentliyin məlumatına görə, ən azı beş kənd boşaldılıb və vulkanın yaxınlığındakı evlər qalın kül təbəqəsi ilə örtülüb.