01 noyabr 2024 00:58
295

Diabetin müalicəsi mümkün olacaq

"Rossiya1" telekanalında "Ən vacibi haqqında" tok-şousunun tamaşaçıları mütəxəssislərə belə bir sual veriblər: diabetin müalicəsini nə vaxt icad edəcəklər? Doktor Sergey Aqapkin son elmi məlumatlara əsaslanaraq fikirlərini bölüşüb.

Həkim hesab edir ki, bu, növbəti onillikdə baş verəcək. Bunun üçün bütün ilkin şərtlər var.

Reabilitasiya həkimi əminliklə deyir: "Ola bilsin, peyvənd tapmaq mümkün olmayacaq, ancaq orqanizmin yenidən insulin istehsal etməsinə nail olmaq üçün yaxın 10 ildə bu problemin texniki həllinin işlənib hazırlanacağını görəcəyik".

Aqapkinin sözlərinə görə, hazırda müxtəlif yeni nailiyyətlər var. Bu, əsasən süni mədəaltı vəzinin yaradılması sahəsindədir.

Nubar Süleymanova, “İki sahil”