31 oktyabr 2024 11:28
283

“Nəsildən-nəslə teatr” davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

“İki sahil” xəbər verir ki,  layihə çərçivəsində keçiriləcək tematik seminarların “Dramaturgiya: əvvəldə söz var idi” adlı paneli 4 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı yazıçı, dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmoderniz-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparacaq.   

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

Giriş sərbəstdir!