30 oktyabr 2024 08:59
318

Yüksək xolesterolu təbii üsullarla azaltmaq mümkündürmü?..

Tibbi ekspertlər fərdlərin dərmanlara etibar etmədən xolesterol səviyyələrini necə aşağı sala biləcəyini açıqlayıblar. Dərmanların xoşagəlməz yan təsirlərinə məruz qalamdan xolesterolu azaltmaq üçün alternativ üsullar var.

Yüksək xolesterol qanda xolesterin adlanan yağlı maddənin miqdarı həddindən artıq olduqda baş verir.

Amerikalı ürək mütəxəssisi Roberto Lobelo müntəzəm məşq etməyin vacibliyini vurğulayıb və qeyd edib: "AHA (Amerika Ürək Assosiasiyası) bütün yetkin insanlara həftədə ən azı 150 dəqiqə orta dərəcədə məşq və ya 75 dəqiqə güclü idmanla məşğul olmağı tövsiyə edir. Bu, gəzinti, üzgüçülük, ağırlıq qaldırma, rəqs və ya xoşunuza gələn və zədələnmədən edə biləcəyiniz hər şeyi əhatə edir". O, daha sonra məşqin intensivliyini necə ölçməyi izah edib: "Əsas odur ki, ürək döyüntüsünün kifayət qədər yüksəldiyinə əmin olasan”

Nyu-York Universitetinin qidalanma üzrə tədqiqatçısı Andrea Qlennin təfərrüatlı şəkildə təqdim etdiyi pəhrizdə xolesterolu əhəmiyyətli dərəcədə azaltdığı sübut edilmiş məhsullar var. Bura soya və lobya, mərcimək və noxud kimi bitki mənşəli zülallar, özlü lif tərkibli yulaf, arpa, psillium qabığı, giləmeyvələr, alma və sitrus meyvələri və kanola yağı və zeytun yağı kimi sağlam bitki mənşəli yağlar daxildir.

Özlü liflər bağırsaqlarda xolesterolu tutmaq və ya saxlamaq üçün fəaliyyət göstərir, beləliklə onun udulmasını azaldır.

Bundan əlavə, qoz-fındıq doymamış yağ turşuları, bitki sterolları və liflə zəngindir. Qoz-fındıq da LDL xolesterol səviyyələrini azaldır.

Doktor Qlenn qeyd edib ki, hətta səhər yeməyinizə qoz-fındıq əlavə etmək və ya qırmızı əti noxud və ya tofu ilə əvəz etmək kimi pəhrizinizdə kiçik dəyişikliklər xolesterol səviyyənizə müsbət təsir göstərə bilər. Doktor Hu vurğulayıb ki, tək bir həll yolu olmasa da pəhriz, idman və digər sağlam həyat tərzi seçimlərinin birləşməsi xolesterolu azaltmağa əhəmiyyətli dərəcədə kömək edir. "Əlbəttə, heç bir sehrli güllə yoxdur. Mən hərtərəfli yanaşmanın tərəfdarıyam. Biz bu barədə vahid nöqteyi-nəzərdən düşünməliyik”, -deyə mütəxəssis bildirib.

Nubar Süleymanova, “İki sahil”