Dərhal kömək göstərmək üçün insultun xarici əlamətlərini bilməlisiniz. Çünki erkən tədbirlər görmək çox vacibdir. Rusiyalı həkimlər Aleksandr Myasnikov və Qənipə Ramazanov 29 oktyabr - Ümumdünya İnsult Günündə bu haqda danışıblar.
İnsultun ilk əlamətləri bir insana kömək etmək çətin olduqda kritik bir vəziyyətdə özünü göstərir, çünki bədən artıq əziyyət çəkmişdir. Ancaq həkim Aleksandr Myasnikov əmindir ki, bu sağlamlıq “fəlakətinin” qarşısı həmən alınmalıdır.
“Əlamətlər görünəndə çox gecdir, buna görə də insult əlamətlərini gözləməyin! Onun insanı öldürüb-öldürməyəcəyi aydın deyil, amma o, alına dirənmiş güllə kimidir, tədbiri artıq tüfəngin lüləsi qalxanda görmək lazımdır”, - həkim “Rosiyya 1” telekanalının "Ən vacibi haqqında" verilişinin tamaşaçılarına müraciət edərək deyib.
N.V. Sklifosovski adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım İnstitutunun Regional Damar Mərkəzinin direktor müavini Qənipə Ramazanov əlavə edib ki, qan təzyiqi, bədən çəkisi, xolesterin və qanda şəkərin səviyyəsinə nəzarət insult və miokard infarktının qarşısının alınmasının əsas yoludur.
Nubar Süleymanova, “İki sahil”