30 oktyabr 2024 02:28
343

Teslanın sürücüsüz taksiləri simsiz şarj edəcək?

İlon Maskın fikrincə, oktyabrın birinci yarısında debüt edən “Cybercab” sürücüsüz taksilərin 2026-cı ildə istehsalına başlamalı və 2027-ci ildə geniş yayılmalıdır. “Cybercab”ın xüsusiyyətlərindən biri də onun elektriklə işləyən avtomobili doldurma üsuludur. Bu avtomobilin gövdəsində enerji doldurmaq üçün port yoxdur və enerji ehtiyatlarını induktiv üsulla doldurmaq təklif olunur.

Şirkət 25 kVt/saat gücündə simsiz döşəmə şarjı ilə video yayımlayıb. Bu, şirkətin doldurma stansiyalarının təmin etdiyi 11,5 kVt/saatdan xeyli sürətlidir, lakin 350 kVt/saata qədər elektrik enerjisi ötürməyə qadir olan ictimai “V4 Supercharger”lardan xeyli yavaşdır.

Tanınmış texnoloji bloqçular simsiz şarj cihazlarının yaratdığı əhəmiyyətli istilik səbəbindən bu metodun effektivliyinə şübhə ilə yanaşıblar. Bunun 75%-i keçməyəcəyi iddia edilir, lakin Mask özü əmin edir ki, 90%-lik hədd yəqin ki, Teslanın bu yaxınlarda 76 milyon dollara aldığı alman şirkətinin Viferion texnologiyası sayəsində keçiləcək.

İdeal bir ssenaridə belə “Cybercab” doldurma portlarından tamamilə imtina etmək ehtiyatsız görünə bilər, çünki robotaksilər kütləvi “Supercharger” şəbəkəsinə çıxışı itirirlər.

Nubar Süleymanova, “İki sahil”