28 oktyabr 2024 23:32
247

Yumurtanın sağlamlığa ciddi təsiri ola bilərmi?

Səhər pankeyk, omlet və ya soyutma yumurta yeyirsinizsə, demək gününüz çox vaxt yumurta yeməklə ilə başlayır. Yumurta zülalın və B12 vitamininin ən məşhur və əlçatan mənbələrindən biridir ki, bu da bizi günboyu tox və enerjili saxlayır.

Mütəxəssislər yumurtaya “təbiətin multivitamini” deyirlər. Bəs hər gün yumurta yemək zərərli deyil?

Yumurta sarısının tərkibindəki xolesterin səviyyələri ilə bağlı xəbərdarlıqları eşitmiş ola bilərsiniz ki, bu da sağlamlıq baxımından şüurlu olan bəzi yumurta sevənlərin sarıdan tamamilə imtina etməsinə təsir edib. Amma yumurtanın yalnız ağı ilə omlet sifariş etməzdən əvvəl gəlin faktlara nəzər salaq. Sarısının ümumi xolesterol səviyyəsinə təsiri əslində bir zamanlar inandığımız qədər qorxulu deyil.

Doktor Petruççi xolesterol iddialarını köhnəlmiş mif kimi rədd edir. "Məlum olduğu kimi, yumurta xolesterolunuza əhəmiyyətli dərəcədə təsir etmir. Yumurtalar xolesterolunuzu dəyişdirdikdə, araşdırmalar göstərir ki, onlar bunu “yaxşı” şəkildə edir".

Harvard Tibb Məktəbinin mütəxəssisləri bu fikirdədir. Son araşdırmalar göstərir ki, bədənimizin xolesterol səviyyəsi qidalarımızdakı xolesteroldan təsirlənmir. O, ilk növbədə, doymuş və trans yağlarla öz qaraciyərimizdə hazırlanır. Hər yumurtada cəmi 1,5 qram doymuş yağ olduğu üçün həyəcan təbili çalmağa ehtiyac yoxdur.

Beləliklə, hər gün yumurta yeməklə bağlı sağlamlıq riskləri barədə narahat olmaq lazım deyil. Ancaq onu necə yediyinizi qiymətləndirməyə dəyər. Yumurtanı natrium və doymuş yağla dolu səhər yeməyi ilə və ya kolbasa və sosislərlə birləşdirmək öz sağlamlıq risklərini təqdim edə bilər.

Doktor Petrucci həmçinin qeyd edib ki, bişirmə prosesində istifadə etdiyiniz yağ yumurtaların ümumi faydasına da təsir edə bilər. O, yüksək temperaturlara tab gətirə bilən yüksək keyfiyyətli yağlardan istifadə etməyi tövsiyə edir, məsələn, üzvi bəslənən, otlaqlarda yetişdirilən inəklərdən alınan kərə yağında bişirmək daha faydalıdır.

Nubar Süleymanova, “İki sahil”