Qrafik prosessorlar istehsalçısı “Nvidia” dünyanın ən bahalı şirkəti olub. Onun səhmlərinin qiyməti 2,6% artıb və kapitallaşması hazırda 3,533 trilyon dollar qiymətləndirilir.
“Apple” ikinci yerdədir - onun dəyəri 3,532 trilyon dollardır. Üçüncü yerdə proqram təminatı istehsalçısı “Microsoft” qərarlaşıb – 3,199 trilyon dollar. Bu barədə “RİA Novosti” agentliyi ticarət məlumatlarına istinadən yazıb.
Nubar Süleymanova, "İki sahil"